11.06.2022
10 iyun 2022-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində 15 iyun "Milli Qurtuluş günü" ilə əlaqədar Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın,Tovuz rayon Gənclər və İdman İdarəsinin və YAP Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə "Qurtuluşdan Zəfərə" adlı tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olmuş, ümummilli lider haqqında sənədli filmə baxmışlar.
Daha sonra çıxış edən natiqlər ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsindən danışmış, onun Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərdən söz açmışlar.